12:09 21 Sentyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0265
  • EUR1.8799
Ermənistanın baş naziri Nikol Paşinyanın İran prezidenti Həsən Ruhani ilə görüşü

Paşinyan İranla dostluqlarından danışdı

© official site of the Prime minister of RA
DÜNYA
Qısa URL
80 0 0

Ölkələr arasında energetika sahəsində əməkdaşlığa dair böyük potensial var

BAKI, 27 fevral — Sputnik. “Ermənistan və İran arasında çoxəsrlik dostluq müxtəlif dinlər və sivilizasiyalar arasında mədəniyyətlərarası dialoq və birgə yaşayışa yaxşı nümunədir”. Sputnik Ermənistan xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan İranın "İRNA" nəşrinə müsahibəsində bildirib.

Rusiya prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan
© Sputnik / Aleksey Druzhinin

Paşinyan bu münasibətləri regionda sabitlik və sülhə yardım edən faktor olduğunu bildirib.

Onun sözlərinə görə, İranla dostluq və tərəfdaşlıq əlaqələri Ermənistan xarici siyasətinin əsasıdır: "Xüsusilə ticari-iqtisadi sahələrdə istifadə olunmayan potensialı vurğulamaq lazımdır. Əminəm ki, müxtəlif səviyyələrdə baş tutan təmas və dialoqlar bu potensialın tam həcmdə istifadəsinə yardım edəcək".

Paşinyan qeyd edib ki, hazırda Ermənistan – İran əlaqələrində yeni komponent yaranıb. Bu İran və Avrasiya İqtisadi Birliyi ilə azad ticarət zonası haqqında sazişdir: "Saziş ratifikasiya mərhələsindədir. Ümid edirəm ki, yaxın gələcəkdə hüquqi proses yekunlaşacaq və biz bunun praktik nəticələrini çox gözləməyəcəyik".

O, həmçinin qeyd edib ki, ölkələr arasında energetika sahəsində əməkdaşlığa dair böyük potensial var.

Əlaqədar

Paşinyanın İran səfərinə hazırlıq gedir
İran ətrafında vəziyyət Ermənistanı narahat edir - Paşinyan

Əsas mövzular