M.Zaxarova: "ABŞ təhlükəli təxribat planlaşdırıb"

© Sputnik / Ramil Sitdikov / Mediabanka keçidRusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova - Sputnik Azərbaycan
Abunə olmaq
Rusiya ABŞ-ın humanitar yardım pərdəsi altında 23 fevralda böyük və təhlükəli təxribat planladığını bildirir

BAKI, 23 fevral — Sputnik. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova ABŞ şirkətləri və NATO-nun Venesueladakı müxalifləri silahlandırmaq üçün hərəkətə keçdiyini açıqlayıb.

Maria Zaxarova Azərbaycana gəlib - Sputnik Azərbaycan
CƏMİYYƏT
Mariya Zaxarova Bakıdadır

Sputnik Azərbaycan "Haber7"ə istinadla xəbər verir ki, Zaxarova bu məsələ ilə bağlı əllərində sübutların olduğunu deyib: "Amerikalı şirkətlərin və NATO müttəfiqi ölkələrdəki bəzi şirkətlərin martın əvvəlində bir Şərqi Avropa ölkəsindən böyük partiya silah və sursat alaraq Venesuela müxalifətinə göndərməyi planlaşdırır. Bu məsələ ilə bağlı əlimizdə sübutlar var".

M. Zaxarova ABŞ-ın humanitar yardım pərdəsi altında 23 fevralda böyük və təhlükəli bir təxribat planladığını bildirib. O, ABŞ tərəfindən Venesuela sərhədinə xüsusi təyinatlıların və silahların göndərildiyini diqqətə çatdırıb.

Xatırladaq ki, yanvarın 23-də Venesuelada müxalifət lideri, parlamentin sədri Xuan Quaydo özünü müvəqqəti prezident elan edib. Amerika qitəsindəki 34 ölkə onun prezidentliyini tanıyıb. Rusiya, Meksika, Boliviya, Türkiyə isə Maduronu dəstəklədiklərini bildirib.

Yanvarın 26-sı Almaniya, Fransa, İspaniya, daha sonra Böyük Britaniya və Niderland 8 gün ərzində Venesuelada yeni seçkilər keçirilməcəyi təqdirdə Quaydonu müvəqqəti prezident kimi tanıyacaqlarına söz verib.

Fevralın 1-i Quaydo bəyan edib ki, Venesuelada hakimiyyət dəyişikliyi bu ölkənin ən böyük kreditorları olan Çin və Rusiyanın da xeyrindədir. Onun fikrincə Bolivar Respublikasının qanuni prezidenti Nikolas Maduro heç kimin maraqlarını qoruya bilmək iqtidarında deyil.

Xəbər lenti
0