15:20 26 Mart 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0264
  • EUR1.9288
Qripp

H1N1 virusu 74 nəfərin ölümünə səbəb oldu, say arta bilər

© Sputnik / Maksim Bogodvid
DÜNYA
Qısa URL
81 0 0

Tibb müəssisələrinə müraciət edən 274 nəfərdən 264-ü reanimasiyada müalicə alır

BAKI, 22 fevral — Sputnik. Yunanıstanda il başlayandan H1N1 virusundan 74 nəfər dünyasını dəyişib.

Qrip virusu, arxiv şəkli
© Sputnik / Aleksey Danichev

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, Yunanıstan Xəstəlikləri İdarəetmə və Qarşısını almaq Mərkəzindən verilən məlumata görə, son bir həftədə reanimasiyalarda müalicə alan 18 nəfər də dünyasını dəyişib.

Məlumata görə, ölən şəxslər 68 yaşından böyük şəxslərdir. Onlardan 49-u kişi və 25-i qadındır.

Qeyd edilib ki, tibb müəssisələrinə müraciət edən 274 nəfərdən 264-ü reanimasiyada müalicə alır.

Qurumun rəhbəri Zeofilos Rozenberqin sözlərinə görə, xəstəlikdən ölənlərin sayı arta bilər. O, qeyd edib ki, vətəndaşlar peyvənd edilməli və məcbur olmadıqları təqdirdə açıq havaya çıxmamalıdır.

Əsas mövzular