15:59 11 Dekabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0267
  • EUR1.8853
Nikol Paşinyan

Hərbi ittifaq Paşinyana görə daha bir il sədrsiz qalacaq

© Sputnik / Asatur Yesayants
DÜNYA
Qısa URL
106 0 0

"Təşkilatın işində heç bir kollaps və sıxıntı yoxdur, qurum plana uyğun fəaliyyət göstərir"

BAKI, 22 fevral — Sputnik. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) yaxın bir ildə baş katibsiz qalacaq. Sputnik Azərbaycan xarici KİV-ə istinadən xəbər verir ki, Belarus Təhülkəsizlik Şurasının sədri Stanislav Zas Ermənistan baş naziri Nikol Paşinyanın güzəştə getməməsi ilə bağlı KTMT-nin baş katibi postuna təyin oluna bilmir.

KTMT-də artıq Ermənistanın mövqeyi ilə bağlı baş katibin olmaması reallığı ilə barışıblar. Məhz buna görə baş katibin səlahiyyətlərini yenə də Rusiya təmsilçisi Valeri Semerikov icra edəcək.

"2020-ci ilə qədər KTMT-ya baş katibin səlahiyyətlərini icra edən şəxsin rəhbərlik edəcəyini düşünürük", - deyə Rusiya XİN-dəki mənbə bildirib.

"Təyinatın gələn il baş tutacağını gözləyirik. Təşkilatın işində heç bir kollaps və sıxıntı yoxdur, qurum plana uyğun fəaliyyət göstərir", - deyə KTMT-a yaxın digər mənbə qeyd edib.

Qeyd edək ki, fevralın 14-ü Belarus XİN-in mətbuat katibi Anatoli Qlaz jurnalistlərə açıqlamasında bildirib ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibinin olmaması təşkilatın işinin xeyrinə deyil.

"KTMT baş katibsiz artıq uzun müddətdir ki, fəaliyyət göstərir. Vəziyyət təşkilatın xeyrinə deyil və dərhal həllini istəyir", - deyə Qlaz bildirib.

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev
© Official website of President of Azerbaijan Republic

XİN rəsmisi qeyd edib ki, Astana və Sankt-Peterburqda keçirilən görüşlər zamanı ölkə başçıları Zasın namizədliyini dəstəkləyiblər.

Qlaz əlavə edib ki, Belarus, parlament seçkilərinin keçirilməsi və yeni hökumətin formalaşdırılması ilə bağlı Ermənistan baş naziri Nikol Paşinyanın Belarus prezidenti ilə görüşü imkanının olmamasını anlayışla qarşılayıb. Bu arada Minsk ümid edir ki, yaxın vaxtlarda erməni tərəfi görüşün tarixi barədə məlumat verəcək: "Belarus qarşılıqlı anlaşmaya ümid edir və hesab edir ki, baş katib postu "oteldə bron edilməsi mümkün olan nömrə deyil". Bütün ölkələr bu "texniki an"ın KTMT-niın işinə, həmçinin iştirakçı ölkələr arasında ikitərəfli münasibətlərə təsir etməməsində maraqlıdır".

Qeyd edək ki, KTMT baş katibinin postu artıq yarım ildir ki, boşdur. Növbəlilik qaydasına əsasən növbəti baş katib Belarus tərəfinin namizədi olmalıdır. Respublika bu vəzifəyə Stanislav Zasın namizədliyini irəli sürüb. Lakin hələlik onun təyinatı razılaşdırılmayıb – Ermənistanla razılaşma yoxdur.

Əlaqədar

KTMT-də Xaçaturov dövrü bitdi
İlham Əliyev: “KTMT-nin yeganə problemi Ermənistandır”
KTMT-nın sammiti Ermənistana görə təxirə düşdü
Biz kimə etibar edə biləcəyimizi bilməliyik – Paşinyan KTMT barədə

Əsas mövzular