Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya və Çini üç min illik taktika ilə məhv etmək istəyirlər: Məxfi plan açıqlandı

© Sputnik / Mikhail KlimentyevФлаги России и Китая, фото из архива
Флаги России и Китая, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Yeni taktika Rusiya və Çin tərəfindən mövcud "təhdidlərlə" bağlı yaradılır

BAKI, 22 fevral — Sputnik. Birləşmiş Ştatlar Rusiya və Çinə qarşı hərbi əməliyyatların aparılmasına dair yeni strategiya hazırlayır. Sputnik Azərbaycan "Telepolis"ə istinadən xəbər verir ki, bunu Birləşmiş Ştatlar Hərbi Hava Qüvvələrinin qərargahının rəisi general David Qoldfayn bildirib.

Qeyd olunur ki, yeni konsepsiya "Troya atı" prinsipi üzrə ölkələrin ərazilərinə gizli daxil olmağı nəzərdə tutur ki, bu da düşmənin zəif nöqtələrinə zərbələr endirməyə imkan verəcək. Yeni strategiyada bir sıra qoşun növlərinin istifadəsi nəzərdə tutulub. Bu konsepsiyada hücum üçün əsas rol "F-35" qırıcı-bombardmançı təyyarələrin üzərinə düşəcək.

Qoldfaynın sözlərinə görə, bu konsepsiyanın yaradılması üçün təxminən bir il vaxt lazımdır. Bu məqsədə xərcləmək üçün təxminən 135 milyard dollar tələb olunur.

Qeyd olunur ki, yeni taktika Rusiya və Çin tərəfindən mövcud "təhdidlərlə" bağlı yaradılır.

"Troya atı" yunan döyüşçüsü Odisseyin düşmən Troya şəhərinə gizlicə girmək üçün düzəltdirdiyi taxtadan at maketidir. Troyalılar bu at maketini şəhərə buraxdıqdan sonra atın içindəki Afina döyüşçüləri gecə oradan çıxaraq onlara divan tutublar. Hadisənin eramızdan əvvəl XIII-XII əsrlərdə baş verdiyi güman olunur.

Xəbər lenti
0