Yeni virus yayılır - Minlərlə can alıb

CC0 / Mojca JJ / FluQrip xəstəsi, arxiv şəkli
Qrip xəstəsi, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
H3N2 virusu "donuz qripi" kimi tanınan H1N1 virusundan daha təhlükəlidir

BAKI, 21 fevral — Sputnik. Fransada "H3N2" qrip epidemiyasından 2800 nəfər ölüb. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, Fransa Səhiyyə Nazirliyinin Xalq Sağlamlığı idarəsindən verilən məlumata görə, son iki həftədə 25 min nəfər qrip səbəbilə xəstəxanalara müraciət edib. Artıq 4370 nəfər xəstəxanaya qəbul edilib.

Микробы, фото из архива - Sputnik Azərbaycan
SƏHİYYƏ
İki yüzdən artıq virus və xəstəlik yayılıb, diqqətli olun

Açıqlamaya görə, ölkədə yayılan "H3N2"virusunun səbəb olduğu qrip epidemiyası 2800 nəfərin ölümünə də səbəb olub.

Qripdən ölənlərin 87 faizi 75 yaşından böyük şəxslərdir. Məlumata görə, qrip peyvəndi 20 faiz təsirə malikdir.

Qeyd edək ki, "H3N2" virusu 2015-ci ildə 18 min nəfərin ölümünə səbəb olub.

H3N2 virusu "donuz qripi" kimi tanınan H1N1 virusundan daha təhlükəlidir.

Daha çox udlaq və burun boşlaqlarında yerləşib burada yanma hissi verir. Xəstəlik zamanı yüksək temperatur, əzələ ağrıları, baş ağrısı, sinədə sıxıntı, öskürək müşahidə edilir. Xəstəlik 7-10 günə keçsə də, öskürək 1-2 ay davam edir.

Xəstəlikdən daha çox immun sistemi zəif olan şəxslər, xroniki ağ və qara ciyər xəstəliyi olan şəxslər, ürək xəstələri, şəkər xəstələri, xroniki böyrək xəstəlikləri və uşaqlar risk qrupuna daxildir.

Xəbər lenti
0