Yuyulmağa verilən yorğanın içindən çıxanlar hamını heyrətləndirdi

Abunə olmaq
Müəssisənin sahibi deyib ki, belə halla tez-tez rastlaşırlar

BAKI, 20 fevral — Sputnik. Türkiyədə yorğan yuyan şirkətin işçiləri qəribə hadisə ilə qarşılaşıblar.

Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, müştərilərdən biri yorğanını yumaq üçün yuma müəssisəsinə təhvil verib. İşçilər yorğanı yumaq istəyən zaman isə inanılmaz tapıntı ilə üzləşiblər. Belə ki, yorğanı açan işçilər onun içindən pul tapıblar.

Tamah işçilərə güc gələ bilməyib. Şirkət işçiləri yorğan sahibinə zəng vuraraq bu haqda məlumat veriblər.

Müəssisənin sahibi deyib ki, belə halla tez-tez rastlaşırlar.

Xəbər lenti
0