14:14 20 Mart 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0264
  • EUR1.9288
Ermənistanın üçüncü prezidenti Serj Sarqsyan

Sarqsyan sülaləsinin daha bir süqutu - 18 milyon dolları qaytardılar

© Sputnik / Sergey Guneev
DÜNYA
Qısa URL
31 0 0

Onun oğlu Narek Sarqsyan 2018-ci ilin dekabrında axtarışa verilib

BAKI, 20 fevral — Sputnik. Ermənistanın üçüncü prezidenti Serj Sarqsyanın qardaşı Aleksandr dövlət büdcəsinə 18 milyon dollar qaytarıb. Bunu Sputnik Ermənistan-a baş nazirin müavini Vladimir Karapetyan bildirib.

Aleksandr Sarqsyan Ermənistan parlamentinin sabiq deputatı və böyük sahibkardır.

Ermənistanın üçüncü prezidenti Serj Sarqsyanın qardaşı Aleksandr
Ermənistanın üçüncü prezidenti Serj Sarqsyanın qardaşı Aleksandr

Daha əvvəl yayılan məlumatda bildirilib ki, Sarqsyanın erməni banklarından birində olan hesabında 30 milyon dollar tapılıb və onlara həbs qoyulub. Sarqsyanın qardaşı bəyanat verərək həbsin götürülməsini istəmiş və söz vermişdi ki, bu məbləğin bir hissəsini dövlətə verəcək. Paşinyan isə bir qədər əvvəl bəyan edib ki, Sarqsyan bütün məbləği büdcəyə qaytarmağa qərar verib.

2018-i ilin iyulunda Aleksandr Sarqsyanın evində axtarış aparılıb, o özü də polisə gətirilib. Lakin sonradan buraxılıb. Onun oğlu Narek Sarqsyan 2018-ci ilin dekabrında axtarışa verilib və 2018-ci ilin dekabrında Praqada qanunsuz silah və narkotik saxlamağa görə İnterpol tərəfindən saxlanılıb.

Əsas mövzular