16:38 21 Mart 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0264
  • EUR1.9288
Soyuducunun buzxanası, arxiv şəkli

Bacısını öldürüb, cəsədini 20 il soyuducuda gizlətdi

CC BY 2.0 / sjmck / Freezer
DÜNYA
Qısa URL
78 0 0

Hüquq mühafizə orqanlarının əməkdaşları hesab edir ki, qızı böyük bacısı öldürüb

BAKI, 20 fevral — Sputnik. Xorvat qadın kiçik bacının cəsədini 20 il soyuducuda saxlayıb. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki,  Xorvatiyanın şimalında kəndlərin birində 2000-ci illərdə itkin düşmüş qadının cəsədi tapılıb.

İranda təyyarə qəzası
© REUTERS / Tasnim News Agency

Yasmin Dominiç 23 yaşı olanda itkin düşüb. Onun valideynləri iddia edirmişlər ki, qız Fransaya işləməyə gedib. Ancaq 5 il sonra onlar polisə müraciət ediblər. Hüquq mühafizə orqanları əməkdaşları evə gələrək ətrafda axtarış aparıblar, amma evə daxil olmayıblar.

Həmin vaxt qızın cəsədi sellofana bükülmüş halda otaqların birində olan soyuducuda saxlanırmış. Hazırda həmin evdə Yasminin böyük bacısı qızı və kürəkəni ilə yaşayır. Əvvəllər həmin evdə itən qızın atası yaşayırmış. O, iki il əvvəl dünyasını dəyişib.

Jurnalistlərin yazdığına görə, qızın cəsədi həddən artıq iy gəldiyi üçün tapılıb. Belə ki, soyuducuya elektrik enerjisinin verilməsi dayanıb və meyit iylənməyə başlayıb. Qızın cəsədini Yasminin böyük bacısının kürəkəni tapıb.

Onun sözlərinə görə, o evdə ikinci soyuducunun olduğunu bilmirmiş.

Hüquq mühafizə orqanlarının əməkdaşları hesab edir ki, qızı böyük bacısı öldürüb. Xorvat KİV-nin məlumatına görə, 45 yaşlı qadın artıq həbs edilib. İstintaq hazırda hadisənin necə baş verdiyini müəyyən etməyə çalışır.

Əsas mövzular