06:48 19 Mart 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0263
  • EUR1.9271
Səudiyyə Ərəbistanı ilə Pakistan rəhbərləri

İki müsəlman ölkəsi arasında nəhəng anlaşma

Press Information Department (PID)/Handout via REUTERS
DÜNYA
Qısa URL
105 0 0

Sazişin 8 milyard dolları isə neft istehsalı zavodları üçün ayrılıb

BAKI, 18 fevral — Sputnik. Səudiyyə Ərəbistanı ilə Pakistan arasında 20 milyard dollarlıq saziş imzalanıb. Sputnik Azərbaycan-ın ingilis mediasına istinadən xəbərinə görə, ölkə rəhbərləri bununla da iqtisadiyyatlarını daha da gücləndirməyə nail ola biləcəklərini vurğulayıblar.

Səudiyyə Ərəbistanının şahzadəsi Salman İbn Məhəmmədin Pakistana iki günlük səfəri çərçivəsində imzalanan sazişdə enerji və mədənçilik sahələrinə yatırım nəzərdə tutulur. Sazişin 8 milyard dolları isə neft istehsalı zavodları üçün ayrılıb.

Bundan başqa, görüşdə ölkələrarası turzimin inkişafı da müzakirə edilib.

Qeyd edək ki, növbəti gündə Səudiyyə Ərəbistanının şahzadəsinin Hindistana, həftə sonuna doğru isə Çinə səfəri nəzərdə tutulur.

Əlaqədar

Politoloq: “Aİ ilə imzalanacaq saziş Azərbaycanın maraqlarına cavab verməlidir”
Azərbaycan və Avropa İttifaqı marta qədər saziş imzalayacaq
Lavrov açıqladı – Rusiya və Ermənistan önəmli saziş imzalayır
Teqlər:
Pakistan, Səudiyyə Ərəbistanı, saziş

Əsas mövzular