10:25 21 Avqust 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0256
  • EUR1.8859
Moskvada Kreml

Rusiyaya qarşı yeni sanksiyalar qəbul edilib

© Sputnik / Kirill kalinnikov
DÜNYA
Qısa URL
112 0 0

Qərar artıq müvafiq səviyyədə qəbul edilib

BAKI, 16 fevral — Sputnik. Avropa İttifaqı Kerç boğazından baş verənlərlə bağlı Rusiyaya qarşı yeni sanksiyaların tətbiq olunması barədə qərar edib. Sputnik Azərbaycan xəbər verir ki, bunu "RİA Novosti"-yə Avstriya xarici işlər naziri Karin Knaysl bildirib.

"Qərar artıq müvafiq səviyyədə qəbul edilib" - deyə o bildirib.

Xatırladaq ki, ötən ilin noyabrın 25-də Kerç boğazı yaxınlığında Ukrayna və Rusiya gəmilərinin iştirakı ilə insident yaşanıb. Belə ki, boğazı keçməyə cəhd edən Ukrayna gəmiləri Rusiya dənizçilərinin dayanma tələbinə məhəl qoymayıblar. Bu zaman gəmilərdən biri taran edilib, onların saxlanılması üçün silahdan istifadə olunub. İnsident nəticəsində "Berdyansk", "Nikopol" və "Yanı Kapu" gəmiləri Krımda saxlanılıb.

Hadisə zamanı 3 ukraynalı hərbçi yaralanıb. Onlara tibbi yardım göstərilib.

Tərəflər baş verən hadisədə bir-birini ittiham edir. Ukrayna tərəfi gəmilərin keçidi barədə Rusiyaya öncədən xəbərdarlıq edildiyini və dəniz gəmiçiliyi barədə bütün beynəlxalq normalara uyğun addımlar atıldığını iddia edir. Öz növbəsində Rusiya tərəfi Ukraynanı bilərəkdən provokasiya yaratmaqda, beynəlxalq qanunları pozmaqda və Rusiyanın ərazi sularına icazəsiz daxil olmaqda ittiham edir.

Əsas mövzular