Türkiyə "S-400"-ləri "Patriot"-larla dəyişməkdən imtina etdi

© Sputnik / Vitaliy Ankov / Mediabanka keçidRusiyaya məxsus "S-400" zenit-raket kompleksləri
Rusiyaya məxsus S-400 zenit-raket kompleksləri - Sputnik Azərbaycan
Abunə olmaq
Türkiyəyə təqdim olunan son təklifdə bir dəyişiklik olmayıb

BAKI, 16 fevral — Sputnik. Türkiyə ABŞ-ın etirazlarına baxmayaraq Rusiyaya məxsus "S-400" zenit-raket komplekslərinin almaqdan imtina etməyəcək. Sputnik Azərbaycan Rusiya KİV-nə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

"Biz Rusiya ilə S-400 üzrə müqavilə bağlamışıq. Ona görə də geri addım atmaqdan söhbət belə gedə bilməz. Biz söz verdiyimiz kimi "S-400"-ləri iyul ayında yerləşdirmək üzərində işləyirik" - deyə Ərdoğan vurğulayıb.

S-400 - Sputnik Azərbaycan
Amerika "nokauta" salınır: Daha bir ölkə "S-400" alacaq

Türkiyə prezidenti vurğulayıb ki, ölkəsi "Patriot" sistemlərini də almağa hazırdır: "Türkiyə bunu öz maraqlarına cavab verəcək şərtlər çərçivəsində edəcək. Birgə istehsal, kreditin təqdim edilməsi və tez bir zamanda sistemlərin çatdırılması bizim üçün olduqca önəmlidir. Düzdür onlar tez bir zamanda sistemləri təqdim etməyə hazırdırlar, lakin onlar kredit və ümumi istehsala dair söz vermirlər".

Qeyd edək ki, ABŞ Dövlət Departamenti 3.5 milyard dollar dəyərində olan "Patriot" sistemlərinin Türkiyəyə satışına 2018-ci il dekabrın 19-da razılıq verib. Ancaq Türkiyəyə təqdim olunan son təklifdə bir dəyişiklik olmayıb. ABŞ-ın son təklifində S-400-dən imtina ilə bağlı ilkin şərt yer almasa da, bu problem hələ də həll edilməyib.

Ankara, "Patriot" təklifinə hərtərəfli qiymətləndirmədən sonra cavab verəcək. ABŞ qiymətdə güzəştə getsə belə, bu, hər bir halda S-400-dən daha baha başa gələcək. Türkiyə, həmçinin "S-400"dən imtina şərtinə də qəti olaraq qarşı çıxır.

Türkiyənin 2013-ci ildə elan etdiyi tenderdə Vaşinqton "Patriot" üçün 4.5 milyard dollarlıq təklif ilə gəlmiş, tenderdə 3-cu sırada yer almışdı. İlk yerdə isə Çin olmuş və 3.4 milyard dollarlıq təklif irəli sürmüşdü. İkinci yerdə isə Fransa-İtaliyanın birgə təklifi olmuşdu.

Vaşinqton Ankaranın Pekindən müdafiə sistemlərini almasını əngəlləmək üçün ciddi addımlar atmış, Türkiyənin havadan müdafiəsini təmin etməyə dair hər hansı bir alternativ də irəli sürməmişdi. "Patriot" ilə bağlı son təklifə baxdıqda ABŞ-ın 2013-cü ildəki davranışını eynən davam etdirdiyi görünür. Türkiyə isə az qala ABŞ-ın təklifinin üçdə biri nisbətində vəsaitlə Rusiyadan "S-400" alır.

Xəbər lenti
0