05:14 16 Sentyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0263
  • EUR1.8818
Ermənistanın ikinci prezidenti Robert Koçaryan

İstintaq yekunlaşdı – Ermənistanın keçmiş rəhbərliyi məhkəmə qarşısında

© Sputnik / Asatur Esayants
DÜNYA
Qısa URL
134 0 0

Robert Koçayan, Seyran Ohanyan və Yuri Xaçaturov Konstitusiya quruluşunu devirməkdə ittiham olunurlar

BAKI, 16 fevral — Sputnik. Ermənistanın ikinci prezidenti Robert Koçaryan, sabiq müdafiə naziri Seyran Ohanyan, Kollektiv Təhülkəsizlik Müqaviləsi Təşkilatı (KTMT) və Ermənistanın sabiq baş nazirinin müavini Armen Qevorkyana qarşı açılan cinayət işləri ilə bağlı ilkin istintaq başa çatdırılıb.

Sputnik Azərbaycan "News.am"-a istinadən xəbər verir ki, Xüsusi İstintaq Komitəsinin yaydığı məlumata görə, işlər üzrə əldə olunan sübutlar ittiham aktını tərtib etməyə və məhkəməyə göndərməyə kifayət edir.

Qeyd edək ki, Robert Koçayan, Seyran Ohanyan və Yuri Xaçaturov Konstitusiya quruluşunu devirməkdə ittiham olunurlar.

Armen Qevorkyan isə böyük həcmdə rüşvət almaqda, pulların yuyulmasında, Konstitusiya quruluşunu devirməyə yarım etməkdə, 1 mart hadisələri ilə bağlı istintaq işinə mane olmaqdan ittiham olunur.

Əsas mövzular