15:20 26 Mart 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0264
  • EUR1.9288
NATO və Türkiyə bayraqları

NATO toplantısında mübahisə: Vaşinqton və Ankaranın maraqları toqquşub

© AFP 2019 / GEORGES GOBET
DÜNYA
Qısa URL
11372 0 0

ABŞ təmsilçisinin Suriyanın şimalında yerli koalisiya qüvvələrindən ibarət bir qrup yaratmaqla bağlı təklifi mübahisələrə səbəb olub

BAKI, 15 fevral — Sputnik. Belçikanın paytaxtı Brüsseldə keçirilən NATO müdafiə nazirlərinin toplantısı Suriyadakı yeni prosesin yol xəritəsi üçün də dönüş nöqtəsi ola bilər. Sputnik Azərbaycan "Haber7"-yə istinadla xəbər verir ki, toplantıda mübahisəli vəziyyət yaranıb.

ABŞ müdafiə nazirinin müşaviri Patrik Şanahan Suriyanın şimalında yerli koalisiya qüvvələrindən ibarət bir qrup yaratmaq istədiklərini və bu qrupla təhlükəsiz bölgəni nəzarətdə saxlamaq niyyətində olduqlarını dilə gətirib. Onun bu sözləri mübahisələrə səbəb olub.

Digər üzv ölkələrin təmsilçiləri ABŞ-ın yeni planının qəbuledilməz olduğunu bildiriblər. Digər arqumentlərin nədən ibarət olduğu konkret açıqlanmasa da, bildirilir ki, toplantıda Türkiyə tərəfinin istəyi də müzakirəyə çıxarılıb.

Belə ki, Ankarada ABŞ-ın bölgədəki hərbi varlığından, zatən narahatlıq var. Bu haqda danışan türkiyəli bir general vəziyyəti belə dəyərləndirib: "ABŞ-ın regionda onsuz da hərbi bazaları və öz əsgərləri var. ABŞ "mən bunları geri çəkim, yerinə yerli koalisiya qüvvələrini yerləşdirim" deyir. Amma eyni bölgədə terror qrupları da var. Bu səbəbdən Türkiyə bu təklifi qəbul etməyə bilər. Türkiyənin bu təklifi qəbul etməsi üçün mütləq müəyyən şərtləri olacaq".

General bu şərtlərin nələr ola biləcəyini də toxunub: "Hər şeydən əvvəl ABŞ-ın Türkiyəyə etibarlı mesajlar verməsi lazımdır. Bölgədəki terrorçuları daha da cənub istiqamətinə yönəltməlidir. ABŞ-la koordinasiyalı hərəkət edən terrorçuların hər bir halda Türkiyə ordusuna hücum etməyəcəyi təmin edilməlidir. Və Türkiyənin cənubunda terror bölgəsinin yaradılmasına imkan verilməməlidir".

Ekspertlərə görə, Türkiyənin mövcud şərtlərdə ABŞ-ın yuxarıda qeyd olunan təklifini qəbul etməsi qeyri-mümkündür. Ancaq Türkiyənin irəli sürdüyü şərtlər ABŞ başda olmaqla koalisiya qüvvələri tərəfindən qəbul edilərsə, təhlükəsiz bölgəni nəzarətdə saxlamaq variantı müzakirə edilə bilər.

Qeyd edək ki, fevralın 14-də Soçidə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Rusiya Prezidenti Vladimir Putin və İran Prezidenti Həsən Ruhani arasında Suriya məsələsinə dair üçtərəfli 4-cü görüş keçirlib.

 

Əlaqədar

Silahlı Qüvvələrin Baş Qərargah rəisi NATO toplantısında iştirak edəcək
Rusiya "Poseydon"ları NATO-nun mövcudluğuna təhdiddir
Ukraynalı general ölkəsinin NATO-ya daxil olma vaxtını açıqladı
Teqlər:
Suriya, mübahisə, ABŞ, Türkiyə, NATO

Əsas mövzular