Erməni deputat bundan sonra model olacaq

© virtualkarabakh.azErmənistan parlamenti
Ermənistan parlamenti - Sputnik Azərbaycan
Abunə olmaq
Şirkət rəhbəri onun üçün Yerevana gələcək

BAKI, 14 fevral — Sputnik. Ermənistan parlamentinin "Çiçəklənən Ermənistan" fraksiyasından olan deputatı Naira Zoqrabyan yaxın vaxtlarda model karyerasına başlayacaq. Bu barədə Sputnik Ermənistan "Qraparak" nəşrinə istinadən xəbər verir.

Qeyd olunur ki, "Şadoyan Fashion"la əməkdaşlıqdan sonra Zoqrabyan Fransada fəaliyyət göstərən zərgərlik şirkətindən təklif alıb. Deputata şirkətin siması olması və onun məhsullarını nümayiş etdirmək təklif olunub.

© Sputnik / Asatur YesayantsNaira Zoqrabyan
Erməni deputat bundan sonra model olacaq - Sputnik Azərbaycan
Naira Zoqrabyan

Nəşr yazır ki, bu ilin mart ayında Zoqrabyanla müqavilənin şərtlərini müzakirə etmək üçün şirkətin direktoru Yerevana gələcək.

Qeyd olunur ki, deputat şirkət üçün pulsuz işləməyəcək. Bu iş yaradıcılıq işi hesab olunur və qanunvericiliyə əsasən deputat bu işi görmək və onun qarşılığında pul mükafatı almaq hüququna malikdir.

Xəbər lenti
0