SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Tramp hərbi dəstəyə veto qoya bilər

© REUTERS / Kevin LamarqueABŞ prezidenti Donald Tramp, arxiv şəkli
ABŞ prezidenti Donald Tramp, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Yəmənlə bağlı səsvermə oldu

BAKI, 14 fevral — Sputnik. ABŞ-ın Yəməndə davam edən savaşda Səudiyyə Ərəbistanına verdiyi hərbi dəstəyi dayandırmasını nəzərdə tutan qanun layihəsi Nümayəndələr Palatası tərəfindən qəbul olundu. 

Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə, səsvermədə 177 nəfər “xeyr”, 248 nəfər isə “bəli” deyib.

Məlumata görə, qəbul edilən bu qanun layihəsi daha sonra ABŞ Sentına təqdim olunacaq. Lakin Trampın Yəmənlə bağlı bu qanun layihəsini rədd edəcəyi proznozlaşdrılır.

Belə olan halda, yəni ABŞ Senatı qanun layihəsini qəbul edərsə, bu zaman Donald Trampın hakimiyyəti dövründə ilk dəfə olaraq veto qoymaq hüququndan istifadə edəcəyi söylənilir.

Xəbər lenti
0