Rusiya milyonçuları nəzarətə götürülür

CC0 / MarleneBitzer / BusinessmanМужчина с портфелем, фото из архива
Мужчина с портфелем, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Britaniya rəhbərliyi zənginliyinin mənbəsi şübhə yaradan 140 zəngin şəxsi yoxlamaq niyyətindədir

BAKI, 14 fevral — Sputnik. Böyük Britaniya rəhbərliyi zəngin rusların vəsaitlərinin mənbəyini öyrənmək qərarına gəlib. Sputnik Azərbaycan-ın "RİA Novosti"yə istinadla məlumatına görə, bu barədə  Böyük Britaniyanın Cinayətkarlıqla Mübarizə üzrə Milli Agentliyindəki (NCA) mənbə bildirib.

Nəşr yazır ki, agentlik Britaniya rəhbərliyində zənginliyinin mənbəsi şübhə yaradan 140 zəngin şəxsi yoxlamaq niyyətindədir. Bu siyahıda olan şəxslərinin əhəmiyyətli hissəsi rusiyalılardır: "Rusiyalılar çoxluq təşkil etmir, lakin onların sayı əhəmiyyətli dərəcədədir. Siyahıda digər ölkələrdən olan şəxslər də var".

Hazırda agentliyin əməkdaşları siyahıda olan şəxslər barədə məlumat toplayır və onların sərvətinin mənbəyini izah etmələrini istəyirlər.

Mənbənin sözlərinə görə, hökumət araşdırmaların nəticələrinin 2019-cu ilin sonlarına yekunlaşmasını gözləyir. Amma şübhəli şəxslərə qarşı araşdırmalar illər ərzində davam edə bilər.

Xəbər lenti
0