Məşhur modeldən bikinili FOTO

CC0 / Stokpic / CoupleDənizə gedən cütlük
Dənizə gedən cütlük - Sputnik Azərbaycan
Abunə olmaq
Şeyk mərasimə şalvarlı dərin dekolteli kostyumla qatılıb

BAKI, 13 fevral — Sputnik. Məşhur model İrina Şeyk bikini və üzərində Rusiyanın gerbi olan qulaqlı papaqla fotolar çəkdirib.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, rusiyalı modelin fotoları The Sun-da yayımlanıb.

Fotoda 33 yaşlı maniken rəngli naxışlı və parıltılı bikini geyinib, çox sayda qolbaqlar və uzun sırğalar taxıb.

© thesunİrina Şeyk
Məşhur modeldən bikinili FOTO - Sputnik Azərbaycan
İrina Şeyk

Nəşr Şeykin fotolarının yayımlanmasını əri, amerikalı aktyor və rejissor Bredli Kuperin hərəkəti ilə əlaqələndirib. Kuper BAFTA Britaniya kino və televiziya mükafatının səhnəsindən Şeykə minnətdarlığını bildirib. Artist rejissor kimi ilk debüt işi olan "Ulduz doğuldu" filminə görə mükafatlandırılıb.

"İrinaya bir il evimizin zirzəmisində məşğul olduğum zaman mənə dözdüyünə görə çox təşəkkür edirəm" – deyə Kuper həyat yoldaşına müraciət edib.

Şeyk mərasimə şalvarlı dərin dekolteli kostyumla qatılıb.

Şeyk və Kuper 3 ildir ki, görüşür və qızları Leyunu böyüdürlər. Bundan əvvəl Şeyk 5 il ərzində futbolçu Kriştianu Ronaldunun sevgilisi olub.

Xəbər lenti
0