ABŞ silahlı qüvvələrindən Türkiyəyə qarşı çirkin təbliğat

© REUTERS / Jonathan ErnstABŞ dövlət katibi Mayk Pompeo
ABŞ dövlət katibi Mayk Pompeo - Sputnik Azərbaycan
Abunə olmaq
ABŞ Dəniz Qüvvələrinin Twitter hesabında İstanbul boğazından keçən ABŞ Donanmasına aid bir gəminin fotoşəkili paylaşılıb

BAKI, 9 fevral — Sputnik. ABŞ-ın Türkiyəyə qarşı çirkin təbliğat fəaliyyətləri davam edir.

Sputnik Azərbaycan "Haber7"ə istinadla xəbər verir ki, keçdiyimiz günlərdə ABŞ dövlət katibi Mayk Pompeo Twitter hesabında Venesuelada Nikolas Maduro və Xuan Quaydonu dəstəkləyən ölkələrin xəritələrini paylaşıb. Həmin xəritədə Türkiyə bölünmüş olaraq göstərilib.

​Bu xəritənin mübahisəsi davam edərkən bu dəfə ABŞ Dəniz Qüvvələrinin rəsmi Twitter hesabından paylaşılan fotoşəkillər reaksiyalara səbəb olub. Belə ki, ABŞ Dəniz Qüvvələrinin Twitter hesabında İstanbul boğazından keçən ABŞ Donanmasına aid bir gəminin fotoşəkili paylaşılıb. Fotoşəkilin arxa fonunda İstanbul boğazı yer alıb.

Qeyd edək ki, daha öncə də ABŞ Dəniz Donanmasının Twitter hesabında Türkiyəyə qarşı çirkin təbliğat aparılıb.

 

Xəbər lenti
0