05:47 17 Sentyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0266
  • EUR1.8825
Edama hazırlanan canilərə su verilir

İki cani edam edildi: “Ağladığı üçün boğazını kəsdik” - FOTO

© REUTERS / FAWAZ SALMAN
DÜNYA
Qısa URL
173 0 0

Yəməndə qan donduran edam həyata keçirildi

BAKI, 9 fevral — Sputnik. Yəməndə 12 yaşlı bir uşağa cinsi təcavüz edən və daha sonra onu öldürən iki şəxs edam olunub. 

Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə, 28 yaşlı Refat və 31 yaşlı Halit öncə edam meydançasına gətirilib. Daha sonra həmin şəxslərə içmək üçün su verilib. Yalnız bundan sonra onların edamı ölkələrarası beynəlxalq agentlərin gözü qarşısında reallaşdırılıb.

Люди собираются на месте казни Вада Рефата Али Мохамеда и Мохамеда Халеда Мохамеда Салеха, которые были осуждены за изнасилование двенадцатилетнего мальчика в Адене, Йемен
© REUTERS / FAWAZ SALMAN
28 yaşlı Refat və 31 yaşlı Halitin edam olunacağı yerə insanlar toplaşırlar

 

12 yaşlı uşağı qətlə yetirən şəxslər yerə uzadılaraq avtomatdan açılan atəşlə öldürülüb. İnsanlar edama yaxın məsafədən baxmaq üçün bir-biri ilə mübarizə aparıblar.

Qeyd edək ki, cinayəti törədənlər azyaşlının göz yaşlarına dayana bilmədiklərini və bu səbəbdən onun boğazını kəsərək öldürdüklərini söyləyiblər.

Xatırladaq ki, daxili müharibənin davam etdiyi Yəmən insan haqlarının pozulmasına görə bir sıra beynəlxalq siyahılarda ən üst pillələrdədir.

Əsas mövzular