14:26 15 Oktyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0264
  • EUR1.8748
Bankomat, arxiv şəkli

Bankdan məhdudiyyətsiz pul çıxartmağın yolu kəşf edildi

© Sputnik / Anar Mustafayev
DÜNYA
Qısa URL
175 0 0

Hesabında 7 milyon yuan toplayan Çin Çişen 10,5 il müddətinə azadlıqdan məhrum edilib

BAKI, 9 fevral — Sputnik. Çinin "Huaxia Bank" bankının proqram təminatı şöbəsinin rəisi işlədiyi bankın sistemində məhdudiyyətsiz olaraq bankomatlardan pul çıxarmağa imkan verən boşluq tapıb. Sputnik Azərbaycan Rusiya mətbuatına Post"-a istinadən xəbər verir ki, həbs olunduğu vaxt şəxs artıq 1 milyon ABŞ dolları ekvivalentində vəsait çıxara bilib.

43 yaşlı Çin Çişen müəyyən edib ki, sistem gecə yarısına yaxın bankomatdan pul çıxarılan zaman əməliyyatı qeydə almır. Proqramçı bir il ərzində hər dəfə 740–2965 dollar aralığında vəsait çıxardıb. 2018-ci ilin yanvarınadək Çişen öz hesabında 7 milyon yuan və ya təxminən bir milyon dollardan çox vəsait toplayıb.

Onun bu fəaliyyəti bankın Çançjouda yerləşən törəmə filialından əllə aparılan yoxlama zamanı aşkarlanıb.

Çin Çişen 10,5 il müddətinə azadlıqdan məhrum edilib.

Əsas mövzular