18:00 23 Fevral 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0259
  • EUR1.9270
 Rusiya, Türkiyə və İran prezidentləri Vladimir Putin, Rəcəb Tayyib Ərdoğan və Həsən Ruhani

Putin, Ərdoğan və Ruhaninin nələri müzakirə edəcəyi açıqlandı

© Sputnik / Mikhail Klimentyev
DÜNYA
Qısa URL
42 0 0

Suriyaya humanitar yardım göstərilməsi məsələsi də diqqətdə olacaq

BAKI, 9 fevral — Sputnik. Rusiya, Türkiyə və İran prezidentləri Vladimir Putin, Rəcəb Tayyib Ərdoğan və Həsən Ruhani fevralın 14-ü Soçidə Suriya üzrə keçiriləcək sammitdə İdlibdəki vəziyyəti, siyasi prosesi və Birləşmiş Ştatların öz qoşunlarını Suriya ərazisindən çıxarmasını müzakirə edəcək. Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər nazirinin müavini Sergey Verşnin bildirib.

Görüşdə, həmçinin Suriyaya humanitar yardım göstərilməsi məsələsi də diqqətdə olacaq.

Qeyd edək ki, üç tərəfli görüşlə yanaşı Soçidə Rusiya və Türkiyə prezidentlərinin ikitərəfli görüş keçirməsi də planlaşdırılır.

Əsas mövzular