SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Yeddi dövlət Türkiyəyə qarşı cəbhə açdı

© Sputnik / Anton Denisov / Mediabanka keçidAnakaranın bir görünüşü
Anakaranın bir görünüşü - Sputnik Azərbaycan
Abunə olmaq
Türkiyə Münbiç və Fəratın şərqində əməliyyata hazırlanarkən 7 ölkə öz qüvvələrini bu bölgəyə yerləşdirmək üçün hərəkətə keçib

BAKI, 8 fevral — Sputnik. Türkiyə Menbiç və Fəratın şərqində əməliyyata hazırlaşarkən 7 ölkə öz qüvvələrini bu bölgəyə yerləşdirmək üçün hərəkətə keçib.

Sputnik Azərbaycan "Haber7"ə istinadla xəbər verir ki, bununla bağlı ABŞ, Misir, Fransa, Almaniya, İordaniya, Səudiyyə Ərəbistanı və Böyük Britaniyanın xarici işlər nazirləri birgə bəyannamə imzalayıb. Bəyannamədə Türkiyənin bölgədə stabilliyi pozan qüvvə olduğu iddia edilib. 

PKK yaraqlıları, arxiv şəkli - Sputnik Azərbaycan
Türkiyə PKK hədəflərini məhv etdi

Türkiyənin PKK/YPG terror qruplaşmasına qarşı mübarizə əzmini qıra bilməyən bu ölkələr Vaşinqtonda bir araya gələrək terrora dəstək bəyannaməsi dərc ediblər.

Vaşinqtonda İŞİD-ə qarşı beynəlxalq koalisiyanın 79 üzvünün bir araya gəldiyi toplantıda paralel olaraq yeddi ölkə ayrıca toplantı keçirib və Türkiyənin Suriya və terrorla mübarizə siyasətini bilavasitə hədəf alıb.

7 ölkənin xarici işlər nazirləri Suriya məsələsini müzakirə etdikdən sonra ABŞ Dövlət Departamenti vasitəsi ilə birgə açıqlama yayıb.

Açıqlama Türkiyənin Münbiç və Fəratın şərqində PKK/YPG terror qruplaşmasına qarşı keçirəcəyi genişmiqyaslı əməliyyatın qarşısını almağa yönəlib. BMT-nin səylərinə dəstək veriləcəyi qeyd olunub. 

Bundan başqa, açıqlamada qeyd edilib ki, bölgədə stabilliyi pozmaq və ya hərbi yolu seçmək istəyənlərin yalnız bölgədəki gərginliyi və toqquşma riskini artıracağına çox güclü şəkildə inanırıq. Beləliklə, bu açıqlama ilə Türkiyənin terrorla mübarizəyə qarşı mümkün əməliyyatı hədəf alınıb. 

Türkiyədə zəlzələ - Sputnik Azərbaycan
Türkiyə silkələndi

Bəyannamə ilə Türkiyəyə regionda stabilliyi pozan qüvvə böhtanı atılmaq istənilib və terror təşkilatının nəzarətindəki bölgəni qoruma altına almaq niyyəti bəyan edilib.

"Wall Street Journal" qəzetinin ötən həftə yaydığı bir xəbərində ABŞ-ın Suriyada qərbli müttəfiqlərindən ibarət yeni bir qüvvə yaratmaq istədiyi yazılıb. Məlumatda qeyd edilib ki, Fəratın şərqində Türkiyə sərhədinə paralel qurulması planlaşdırılan tampon zonanın həmin bu qüvvələrə təhvil verilməsi nəzərdə tutulur.

Məlumata görə, ABŞ hökuməti PKK/YPG-ni qorumaq üçün tampon bölgə fikrini ortaya atıb. Plana görə, Vaşinqton öz əsgərlərini geri çəkib yerinə Fransa, Böyük Britaniya və Avstraliyadan gələn əsgərləri bölgəyə yerləşdirəcək.

Xəbər lenti
0