00:38 21 Fevral 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0258
  • EUR1.9284
Moda nümayişi, arxiv şəkli

Moda dünyasını alt-üst edən geyim satışdan yığışdırıldı – FOTO

© Sputnik / Murad Orujov
DÜNYA
Qısa URL
48 0 0

Məşhur moda şirkəti hər kəsdən üzr istədi

BAKI, 8 fevral — Sputnik. Məşhur moda şirkəti olan "Gucci"nin qara geyimli, qırmızı dodaqlı fərqli dizaynda satışa çıxarılan geyimləri rezonansa səbəb olub.

Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, bir çoxları şirkətin bu geyimlərlə qara dərililəri alçaltmaq istədiyini deyib. İnsanlar "blackface" adlanan bu maskalarla Afrika əsilli amerikanların təhqir edildiyini iddia ediblər.

Guccinin qara geyimli, qırmızı dodaqlı fərqli dizaynda satışa çıxarılan geyimi
"Gucci"nin qara geyimli, qırmızı dodaqlı fərqli dizaynda satışa çıxarılan geyimi

"Gucci" isə rezonansa səbəb olan bu geyimə görə üzr istəyib. Şirkət qalmaqalın daha da böyüməməsi üçün yaydığı açıqlamada həmin geyimlərin artıq satışdan yığışdırıldığını bildirib.

Əsas mövzular