Səyahət üçün ən təhlükəli ölkələrin siyahısı açıqlanıb

© AFP 2023 / MAURO PIMENTELRio de Janeyroda İsanın abidəsi və Moro da Koroa gecəqonduları
Rio de Janeyroda İsanın abidəsi və Moro da Koroa gecəqonduları - Sputnik Azərbaycan
Abunə olmaq
Fransa etirazlar və iğtişaşlara görə bu siyahıya düşüb

BAKI, 8 fevral — Sputnik. Səyahət üçün ən təhlükəli ölkələrin adı açıqlanıb. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, ilk üçlüyə Türkiyə, Hindistan və Braziliya daxildir.

Qafqazın Las Veqası: Batumidən qış görüntüləri - Sputnik Azərbaycan
FOTO
Qafqazın Las Veqası: Batumi qışına səyahət

Ekspertlər ölkə xaricində baş verənlərlə bağlı bu ölkələrin Xarici İşlər Nazirlyinin xəbərdarlıqlarını, statistikasını, eləcə də səyahətçilərin şəxsi təcrübəsini analiz ediblər.

Belə ki, Braziliyada istirahət kriminal hadisələri, evsizlər və narkomanlara görə təhlükəlidir. Yanvar ayında bu ölkədə viral qızdırma, ictimai etirazlar və bəndin dağılması haqqında xəbərdarlıq etmişdi.

Türkiyədə səyahətçilər hoteldə oğurluqlardan şikayət edir və öz təcrübələrini bölüşürlər: "Avtostopla getdiyimiz zaman sürücü bir şüşə araq içdikdən sonra tapançasını çıxarar pəncərədən atəş açmağa başladı. Özümü yaxşı hiss etmədim".

Hindistan isə bu siyahıda 3-cü yerdədir. İlin əvvəlindən nümayişlər səngimir və havanın keyfiyyəti pisləşir. Bir turistin sözlərinə görə, o infeksiyaya yoluxub. Çünki hoteldə butulkada qoyulan su kran suyu imiş.

Təhlükəli ölkələr siyahısında son zamanlar zəlzələlər və sunamilərin daha tez-tez baş verən İndoneziya da yer alıb. Səyahətçilər bu ölkədə oğurluq halları ilə bağlı şikayət etməyib. Amma ölkənin Komodo adası insanlar üçün təhlükəlidir. Çünki burada heyvanlar çoxdur. Səyahətçilərdən biri qeyd edib ki, ona varan hücum etdiyinə görə, ölə bilərmiş.

"Varan dişləməsi 95 faiz ölümcüldür. Mənim başım qarışmışdı və xəbərdarlıqları da eşitməmişdim. Məndən bir neçə metr aralıda varan varmış və mənə tərəf gəlirmiş. Bu, axmaq ölüm olardı" – deyə o qeyd edib.

Fransa isə son zamanlar baş verən iğtişaşlara görə bu siyahıya düşüb.

Xəbər lenti
0