05:12 26 İyun 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0272
  • EUR1.9396
Türkiyə parlamentinin erməni əsilli deputatı Karo Paylan

Ərdoğana xain sual: "Bəs ermənilərə niyə başsağlığı verirsən?"

© Sputnik / Karen Epremyan
DÜNYA
Qısa URL
247 0 0

Heç kimsə Türkiyəni etməyi bir cinayətə görə ittiham edə bilməz və tariximizə ləkə yaxa bilməz

BAKI, 7 fevral — Sputnik. Türkiyə parlamentinin erməni əsilli deputatı Karo Paylan qondarma "erməni soyqırımı" məsələsi ilə bağlı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana sual ünvanlayıb. Bu barədə Sputnik Ermənistan xəbər verir.

"Əgər "erməni soyqırımı" siyasi yalandırsa, onda prezident niyə son 5 il ərzində hər dəfə aprelin 24-ü erməni xalqına başsağlığı verir" - deyə Paylan "Twitter"-də yazıb.

Qeyd edək ki, ötən gün Fransa prezidenti Emmanuel Makronun qondarma "erməni soyqırımı" günü ilə bağlı anım günü elan etməsinə Türkiyə Prezident Administrasiyasından sərt təpki verilib.

​Məsələyə Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın münasibət bildirib: "Fransa prezidenti Emmanuel Makronun qondarma "erməni soyqırımı"nı anım gününün elan edilməsi ilə bağlı açıqlamasını şiddətlə qınayırıq. "Erməni soyqırımı" iddiaları heç bir hüququ təməli olmayan, tarixi gerçəklərə zidd siyasi yalandır. Türkiyə baxımından heç bir hökmü yoxdur. Prezidentimiz Rəcəb Tayyib Ərdoğanın 2005-ci ilində tarixi gerçəklərin aydınlaşdırılması üçün ortaq tarixi komissiyanın yaradılması çağırışından qaçanlar tarixi hadisələri manipulyasiya etmək üçündür. Heç kimsə Türkiyəni etməyi bir cinayətə görə ittiham edə bilməz və tariximizə ləkə yaxa bilməz".

Türkiyə rəsmisi, həmçinin qeyd edib ki, ölkəsində siyasi problemlər yaşayan Makron vəziyyəti dəyişmək üçün tarixi hadisələri siyasi vasitə halına gətirir.

Əsas mövzular