11:35 22 Fevral 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0259
  • EUR1.9270
ABŞ ordusunun əsgərləri, arxiv şəkli

ABŞ Senatı ordunun Suriyadan çıxarılmamasına qərar verib

© AP Photo / Dario Lopez-Mills
DÜNYA
Qısa URL
118 0 0

Layihədə ABŞ-ın Suriya və Əfqanıstandakı mövcudluğunu davam etdirməsinin vacib olduğu vurğulanır

BAKI, 7 fevral — Sputnik. Senat ABŞ-ın yeni Yaxın Şərq siyasətini müəyyənləşdirəcək qanun layihəsini qəbul edib. Sputnik Azərbaycan "Haber7"-yə istinadla xəbər verir ki, "Yaxın Şərqdə ABŞ-ın təhlükəsizliyini gücləndirmək" adlı qanun layihəsinə hər iki partiyadan olan senatorlar dəstək veriblər.

Layihədə ABŞ-ın Suriya və Əfqanıstandakı mövcudluğunu davam etdirməsinin və buradakı əsgərləri geri çəkməməsinin vacib olduğu vurğulanır.

Senat üzvü Mitch Mcconnell keçən həftə bildirmişdi ki, "İŞİD və "Əl-Qaidə" hələ məğlub edilməyib, ABŞ-ın milli təhlükəsizlik maraqları Suriyada missiyamızı davam etdirməyi tələb edir".

Qeyd edək ki, 2018-ci il dekabrın 24-də ABŞ prezidenti qoşunların Suriyadan çıxarılması haqqında sərəncam imzalayıb. Ağ Ev tərəfindən qoşunların çıxarılması barədə bəyanat verildikdən sonra ABŞ-ın müdafiə naziri Ceyms Mettis və ABŞ-ın İŞİD-lə mübarizə üzrə xüsusi nümayəndəsi Brett Makqerq istefaya gedib.

Əlaqədar

Politoloq: “Türkiyə Suriyada ABŞ-la üz-üzə qala bilər”
Suriyada ABŞ hərbçilərinə hücum olub, 5 nəfər ölüb
ABŞ-dan etiraf kimi hesabat: "YPG, PKK-nın Suriyadakı milisidir"
Teqlər:
qoşun, Əfqanıstan, Suriya, ABŞ

Əsas mövzular