SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

ABŞ-a mühacirət etmək çətinləşir

© Sputnik / Павел Лисицын / Mediabanka keçidФлаг США
Флаг США - Sputnik Azərbaycan
Abunə olmaq
ABŞ Vətəndaşlıq və İmmiqrasiya Xidməti immiqrasiya müraciətləri və sığınacaqla bağlı məsələlərin həlli üçün məsuliyyət daşıyır

BAKI, 7 fevral - Sputnik. ABŞ Vətəndaşlıq və İmmiqrasiya Xidməti (USCIS) iş həcminin əhəmiyyətli dərəcədə azalması səbəbindən martın 29-da Moskvadakı ofisini bağlayacaq. Ofis artıq fevralın 28-də işini dayandıracaq.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə idarənin çərşənbə günü yaydığı məlumatda deyilir.

"İş yükünün əhəmiyyətli dərəcədə azalması səbəbindən, USCIS 29 Mart 2019-cu ildə Moskvadakı yerli ofisini bağlayır. Ofisin vətəndaşlar üçün açıq olacağı və müraciətləri qəbul edəcəyi son gün - 28 fevral 2019-cu il tarixidir", - deyə məlumatda bildirilir.

ABŞ prezidenti Donald Tramp - Sputnik Azərbaycan
Donald Trampdan mühacirlərlə bağlı müsbət qərar

Ofisin işini gələcəkdə Xidmətin Yunanıstanın paytaxtı Afinadakı yerli şöbəsi icra edəcək. O həmçinin Azərbaycan, Belarus, Estoniya, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Latviya, Litva, Moldova, Tacikistan, Türkmənistan, Ukrayna, Ermənistan və Özbəkistana cavabdeh olacaq.

ABŞ Vətəndaşlıq və İmmiqrasiya Xidməti immiqrasiya müraciətləri və sığınacaqla bağlı məsələlərin həlli üçün məsuliyyət daşıyır.

USCIS-in ötən il sentyabrın 11-dən qüvvəyə minmiş yeni qaydaları ABŞ-a leqal immiqrasiyanı xeyli çətinləşdirib. Yeni qaydalar 2018-ci il sentyabrın 11-dən sonra sifariş və ya ərizə ilə müraciət etmiş applikantlara şamil olunub.

Qaydalarda edilmiş dəyişikliklərə əsasən, əgər viza və ya qrin-kart almaq üçün ərizədə səhv aşkar edildikdə və ya formalarda bəzi məlumatlar çatışmadıqda, bu halda immiqrasiya və nəzarət xidməti zabitləri həmin sifarişi rədd edə bilirlər. Agentliyin işçiləri sifarişdə yaranmış problem barədə iddiaçını məlumatlandırmağa borclu deyillər.

Xəbər lenti
0