18:00 23 Fevral 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0259
  • EUR1.9270
Fransa prezidenti Emmanuel Makron

Makronun qalmaqallı açıqlamasına Türkiyədən sərt təpki gəldi

Ludovic Marin/Pool via REUTERS
DÜNYA
Qısa URL
43 0 0

Ölkəsində siyasi problemlər yaşayan Makron vəziyyəti dəyişmək üçün tarixi hadisələri siyasi vasitə halına gətirir

BAKI, 6 fevral — Sputnik. Fransa prezidenti Emmanuel Makronun qondarma "erməni soyqırımı" günü ilə bağlı anım günü elan etməsinə Türkiyə Prezident Administrasiyasında sərt təpki verilib. Bu barədə Sputnik Azərbaycan "Milliyet"-ə istinadən xəbər verir.

Məsələyə Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın münasibət bildirib: "Fransa prezidenti Emmanuel Makronun qondarma "erməni soyqırımı"nı anım gününün elan edilməsi ilə bağlı açıqlamasını şiddətlə qınayırıq. "Erməni soyqırımı" iddiaları heç bir hüququ təməli olmayan, tarixi gerçəklərə zidd siyasi yalandır. Türkiyə baxımından heç bir hökmü yoxdur. Prezidentimiz Rəcəb Tayyib Ərdoğanın 2005-ci ilində tarixi gerçəklərin aydınlaşdırılması üçün ortaq tarixi komissiyanın yaradılması çağırışından qaçanlar tarixi hadisələri manipulyasiya etmək üçündür. Heç kimsə Türkiyəni etməyi bir cinayətə görə ittiham edə bilməz və tariximizə ləkə yaxa bilməz".

Türkiyə rəsmisi, həmçinin qeyd edib ki, ölkəsində siyasi problemlər yaşayan Makron vəziyyəti dəyişmək üçün tarixi hadisələri siyasi vasitə halına gətirir.

Əsas mövzular