11:30 22 Fevral 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0259
  • EUR1.9270
Yer kürəsinin kosmosdan görünüşü

Yadplanetlilər var - Ehtimal günü-gündən artır

© Photo : NASA via AP
DÜNYA
Qısa URL
101 0 0

Boston Universitetinin əməkdaşları və tələbələrinə yad planetli şüurunun mövcudluğuna inanmağı məsləhət görüb

BAKI, 6 fevral — Sputnik. Məşhur alim, NASA-nın elmi missiyalarının rəhbərinin birinci köməkçisi Tomas Zubruhen hesab edir ki, Yer planetindən kənarda həyat olması ehtimalı günü gündən daha da artır. Sputnik Azərbaycan Rusiya KİV-nə istinadən xəbər verir ki, bunu o ötən gün Boston Universitetinin əməkdaşları və tələbələri görüş zamanı bildirib.

NASA əməkdaşı bildirib ki, Yerdən kənar sivilizasiyaların mövcudluğunu sübut etməyi arzulayır və müasir elmin inkişafı yaxın gələcəkdə bu sahədə inkişafa nail olmağa imkan verəcək.

Zubruhenin sözlərinə görə, yaxın keçmişdə digər planetlərdə suyun və ya mürəkkəb molekulların olması belə şübhə altına alınırdı. Lakin indi aydındır ki, indiyə qədər bəşəriyyəti təbiəti layiqincə qiymətləndirməyib: "Orada həyat bizim düşündüyümüzdən də realdır".

O, həmçinin Boston Universitetinin əməkdaşları və tələbələrinə yad planetli şüurunun mövcudluğuna inanmağı məsləhət görüb.

Qeyd edək ki, ilin əvvəlində kanadalı astronomlar kosmosdan gələn radiosiqnalları tutublar və ehtimal ediblər ki, onları yadplanetlilər göndərə bilər. Kanadanın Britaniya Kolumbiyası vilayətində yerləşən CHIME rəsədxanası 13 sürətli siqnal tutub ki, onlardan biri periodik olaraq təkrarlanır.

Əsas mövzular