Eyfel qülləsi bağlandı

© AFP 2023 / GERARD JULIENEyfel qülləsinin yuxarıdan görünüşü, arxiv şəkli
Eyfel qülləsinin yuxarıdan görünüşü, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Bütün Fransa tətil edir

BAKI, 6 fevral — Sputnik. Parisdə Eyfel qülləsi müvəqqəti olaraq ziyarətə bağlanıb.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, buna səbəb ölkədə ümumxalq tətildir.

Qeyd edək ki, çərşənbə axşamı " Ümumi Əmək Konfederasiyası" bütün işçiləri ölkədəki "fövqəladə sosial vəziyyətlə" bağlı tətilə çağırıb.

Dəmiryolçuların federasiyası isə fevralın 4-ü axşamdan fevralın 6-sı səhərə qədər tətil elan edib.

Paris sürücülərinin də bu tətillərə qoşulacağı gözlənilir.

Bu vəziyyətin təkcə Parisdə deyil, Lion, Bordo, Marsel, Nant, Strasburq kimi digər böyük şəhərlərində də olacağı gözlənilir.

Xəbər lenti
0