09:51 23 Fevral 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0259
  • EUR1.9270
Hakim çəkici, arxiv şəkli

Türk əfsanəsinin atası hakim qarşısına çıxarıldı

© Sputnik / Maksim Bogodvid
DÜNYA
Qısa URL
38 0 0

O hansısa FETÖ-çüyə pul vermədiyini, onlardan heç biri ilə əlaqəsinin olmadığını deyib

BAKI, 6 fevral — Sputnik. Keçmiş futbolçu və millət vəkili Hakan Şükürün atası Selmet Şükür FETÖ-çü olmaq iddiası ilə hakim qarşısına çıxarılıb.

Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə, Hakan Şükürün atası FETÖ əməliyyatı ilə bağlı haqqında deyilənləri qəbul etməyib. O FETÖ-çü olmadığını deyib.

"Necə oldu ki, belə bir işin içinə düşdüm, bunu anlamıram. Bu sual gecə-gündüz məni düşündürür. Mən kimləsə işbirliyi qurmadım" – deyə keçmiş futbolçunun atası bildirib.

O bu vaxtadək biznes yolu ilə pul qazandığını bildirib.

Hakan Şükürün atası Selmet Şükür
Hakan Şükürün atası Selmet Şükür

"Qardaşım ev tikmişdi. Hakan da ev alıb pulu mənə göndərmişdi. Mən də pulu ödəyərək sənədi Hakanın adına rəsmiləşdirdim. Həmin pul bu daşınmaz əmlaka aiddir" – deyə Selmet Şükür əlavə edib.

O hansısa FETÖ-çüyə pul vermədiyini, onlardan heç biri ilə əlaqəsinin olmadığını deyib.

Əsas mövzular