15:16 18 Fevral 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0255
  • EUR1.9187
Ermənistanın Rusiyadakı səfirliyi

Rusiyada bir neçə erməni saytı blok edilib

© Sputnik / Asatur Yesayants
DÜNYA
Qısa URL
69 0 0

Ermənistan tərəfi bunu texniki xarakterli məsələ sayır

BAKI, 5 fevral — Sputnik. Rusiyada bir sıra erməni saytlarının bloklanması texniki xarakter daşıyır, bu problem Ermənistanın Moskvadakı səfirliyi ilə vasitəsilə həll olunur.

Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Ermənistanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Anna Naqdalyan bildirib.

"Biz problem haqqında məlumatlıyıq, Ermənistanın Rusiyadakı səfirliyi bu problemin həll olunması üçün hər gün Rusiyanın müvafiq orqanları ilə əlaqədədir"- deyə Naqdalyan vurğulayıb.

Onun sözlərinə görə, bu problem müəyyən mənada öz həllini tapıb: "Məsələ həm də texniki xarakter daşıyır. Biz bu problemlə üzləşən KİV-i operativ şəkildə XİN-ə müraciət etməyə çağırırıq".

Qeyd edək ki, daha əvvəl "Aysor.am" nəşri onun və bir neçə digər erməni saytının Rusiya ərazisində bloklanması məlumatını yayıb.

Əsas mövzular