Vəhşi qabanlar dünyanın ən müasir şəhərlərindən birinə hücum edir

CC0 / Ralph / Boar PigVəhşi qabanlar
Vəhşi qabanlar - Sputnik Azərbaycan
Abunə olmaq
Hazırda şəhər rəhbərliyi qabanların şəhərdən uzaqlaşdırılması üçün yollar axtarır

BAKI, 5 fevral — Sputnik. Çinin Honkonq şəhərində qəribə hadisələr baş verir. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadən xəbər verir ki, vəhşi qabanlar bu şəhərə hücum edir. Onlar zibilliyə, çadır şəhərciyinə hücum çəkiblər. Hətta ticarət mərkəzinə və aeroportda təyyarə yoluna kimi çıxıblar.

Buna səbəb isə qabanların yaşadığı arealda qida çatışmazlığıdır. Ac olduqları üçün qabanlar şəhərə hücum edirlər.

Qabanların hücumu insanlarda ciddi qorxu hissi yaradıb.

Hazırda şəhər rəhbərliyi qabanların şəhərdən uzaqlaşdırılması üçün yollar axtarır.

Xəbər lenti
0