Eks-prezident 5 saat dindirilib

© AP Photo / Markus SchreiberСерж Саргсян
Серж Саргсян - Sputnik Azərbaycan
Abunə olmaq
Yaxın vaxtlarda o yenidən sorğu-sual ediləcək

BAKI, 4 fevral — Sputnik. Ermənistanın sabiq prezidenti və baş naziri Serj Sarqsyan 1 mart 2008-ci il hadisələri ilə bağlı şahid kimi sorğu-sual edilib. Sputnik Ermənistan xəbər verir ki, bunu "Aykakan jamanak" nəşri öz mənbələrinə istinadən xəbər verir.

Ermənistanın ikinci prezidenti Robert Koçaryan - Sputnik Azərbaycan
Koçaryan həbsdən səsləndi: “Paşinyan Qarabağ danışıqlarında səhvlər edib”

Nəşrin məlumatına görə, Sarqsyan Xüsusi İstintaq Komitəsində 5 saat dindirilib. Qeyd olunur ki, yaxın vaxtlarda o, yenidən sorğu-sual ediləcək. Bu məlumatı Xüsusi İstintaq Komitəsi şərh etməkdən imtina edib.

Qeyd edək ki, Serj Sarqsyan 2008-ci ildə Ermənistan prezidenti seçilib. Levon Ter-Petrosyanın rəhbər olduğu müxalifət seçkilərin nəticələrini tanımayıb. Uzun müddət davam edən aksiyalardan sonra 1-2 mart tarixlərində nümayişçilər və hüquq-mühafizə orqanları əməkdaşları arasında qarşıdurma yaşanıb. Nəticədə 10 nəfər ölüb. İstintaq nəticəsində hazırda Ermənistanın ikinci prezidenti Robert Koçaryana qarşı ittiham irəli sürülüb. Koçaryan hazırda həbsdədir.

Xəbər lenti
0