ABŞ Meksika ilə sərhədə 3750 hərbçi yerləşdirir

© AFP 2023 / Dimitar DILKOFFABŞ ordusu
ABŞ ordusu - Sputnik Azərbaycan
Abunə olmaq
Hərbçilər 90 gün müddətinə sərhədə yerləşdirilib

BAKI, 4 fevral — Sputnik. Birləşmiş Ştatlar Meksika ilə sərhədin cənub-qərb hissəsinə daha 3750 hərbçi cəlb etmək niyyətindədir. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Pentaqonun yaydığı məlumatda bildirilir.

Məlumata əsasən, 3750 hərbçi Gömrük xidməti və ABŞ sərhədinə nəzarət xidmətinin əməkdaşlarına dəstək məqsədilə göndərilib.

Bununla da Gömrük xidməti və ABŞ sərhədinə nəzarət xidmətinin əməkdaşlarına dəstək göstərən hərbçilərin sayı 4350-ə yə çatıb.

Hərbçilər 90 gün müddətinə sərhədə yerləşdirilib.

Xəbər lenti
0