Xristianların rəhbəri müsəlmanların evinə getdi

© REUTERS / Stefano RellandiniRoma Papası Fransisk, 10 sentyabr 2017-ci il
Roma Papası Fransisk, 10 sentyabr 2017-ci il - Sputnik Azərbaycan
Abunə olmaq
Birləşmiş Ərəb Əmirliklərində bir milyonadək katolik yaşayır

BAKI, 3 fevral — Sputnik. Roma Papası Fransisk bazar günü Birləşmiş Ərəb Əmirliklərinə səfərə gedib. Fransisk Ərəbistan yarımadasına səfər edən ilk katolik kilsəsi rəhbəridir.

Папа Римский Франциск. Архивное фото - Sputnik Azərbaycan
“Papa türklərə qarşı ermənilərdən daha yanıqlıdır”

Sputnik Azərbaycan RİA Novosti agentliyinə istinadla xəbər verir ki, Roma Papası Əbu-Dabinin vəliəhdi Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın dəvətinə əsasən konfessiyalararası konfransda iştirak edəcək. Fransisk 120 min insanın onu gözlədiyi messa keçirəcək. Bundan başqa, Papa Əl-Əzhər məscidinin baş imamı Şeyx Əhməd Əl-Tayyib ilə görüşəcək.

Roma papası yola düşməzdən əvvəl Abu-Dabiyə səfərini “qısa, amma çox vacib səfər” adlandırıb: “Birləşmiş Ərəb Əmirliklərinə qardaş kimi gedirəm ki, bir yerdə sülh səhifəsi yazaq və sülh cığırı ilə addımlayaq. Mənə görə dua edin”.

Birləşmiş Ərəb Əmirliklərində bir milyonadək katolik yaşayır. Onların çoxu Hindistandan və Filippindən gəlib.

Xəbər lenti
0