00:34 07 Dekabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0267
  • EUR1.8883
Mühafizə helikopteri xidmət zamanı

İş başında 45 min işçi öldürülüb

© AFP 2019 / AAMIR QURESHI
DÜNYA
Qısa URL
150 0 0

İsveçrənin Davos şəhərində keçirilən beynəlxalq forumda Əfqanıstanda iş başında ölənlərin sayı açıqlanıb

BAKI, 3 fevral — Sputnik. Əfqanıstan prezidenti Əşrəf Qani son 4 ildə ölkəsində ölən təhlükəsizlik xidmətinin əməkdaşlarının sayını açıqlayıb.

Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə, prezident bu illərdə 45 min işçinin vəzifəsini yerinə yetirərkən dünyasını dəyişdiyini vurğulayıb. Əşrəf Qani İsveçrənin Davos şəhərində keçirilən "49-uncu Beynəlxalq Dünya İqtisadi Forumun"nda belə deyib.

Əfqanıstan hökuməti ilə Taliban arasında olan problemlərin siyasi yola həllinin vacibliyinə diqqət çəkən prezident bu istiqamətdə ABŞ-ın dəstəyindən də danışıb.

"Talibanın əsas yuvası Pakistandır. Bu olaylarda Pakistan təqsirlidir" – deyə Ə.Qani əlavə edib.

Əsas mövzular