Alimlər uzunömürlü olmağın sirrini açdılar

CC0 / skeeze / runQaçış, arxiv şəkli
Qaçış, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Dost və qohumlar ilə sıx münasibət insanların ömrünü uzadır

BAKI, 3 fevral — Sputnik. Gün ərzində ən azı 30 dəqiqə fiziki aktiv olmaq insanın 90 il yaşamasına kömək edə bilər. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadən xəbər verir ki, Niderlanddan olan bioloqlar uzunömürlüyün aktiv həyat ilə əlaqəsini araşdırıblar.

Горожане и туристы в историческом районе Рима, фото из архива - Sputnik Azərbaycan
Avropada ən uzunömürlü insanların yaşadığı bölgə məlum oldu

Araşdırmada 4 min qadın və 3 mindən çox kişi iştirak edib. Kişilərin yaş həddi 68-70 olub. Alimlər onların gün ərzində hansı fiziki işlər gördüyünü araşdırıblar. Bu sıraya nə qədər piyada gəzmələri, idman ilə nə qədər məşğul olurlar və s. daxil olub. Eyni zamanda, onların boy və çəkiləri də nəzarətə götürülüb.

Qadın və kişiləri 3 hissəyə bölüblər. Fiziki aktivlikləri gün ərzində 30 dəqiqəyə kimi olan insanlar, 30-90 dəqiqə arası olan və 90 dəqiqədən çox olan insanlar.

Alimlər müəyyən ediblər ki, 30 dəqiqədən artıq idman ilə məşğul olan və fiziki aktiv olan şəxslərin 90 yaşa kimi yaşama şansı fiziki aktiv olmayan şəxslərə nisbətdə 21 faiz daha çoxdur. Fiziki aktivliyin hər əlavə dəqiqələri bu şansı daha da artırıb.

Eyni zamanda, alimlər bildiriblər ki, uzunömürlü olmaq dagər faktorlar, o cümlədən qidalanmadan və zərərli vərdişlərin olub-olmamasından da asılıdır.

Qeyd edək ki, Böyük Britaniya alimləri də öz ölkələrində yaşayan uzunömürlülər arasında araşdırma aparıblar. Onlar belə qənaətə gəliblər ki, dost və qohumlar ilə sıx münasibət insanların ömrünü uzadır.

Xəbər lenti
0