15:17 18 Fevral 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0255
  • EUR1.9187
Televizor, arxiv şəkli

Milyonların sevimlisi dünyasını dəyişdi

© Sputnik / Aleksey Kudenko
DÜNYA
Qısa URL
74 0 0

Yevgeniy Suslov "Vremya" xəbərlər proqramının, "Qoluboy oqonyok" kimi məşhur verilişin aparıcısı olub, Qırmızı Meydanda hərbi paradı şərh edib

BAKI, 2 fevral — Sputnik. SSRİ Mərkəzi televiziyasının diktoru və aparıcısı Yevgeniy Suslov dünyasını dəyişib.

Легендарный диктор программы «Время» Евгений Суслов
SSRİ Mərkəzi televiziyasının diktoru və aparıcısı Yevgeniy Suslov

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadən xəbər verir ki, məşhur aparıcı fevralın 1-də vəfat edib. Bu barədə onun həmkarı Alla Danko sosial şəbəkələrdə məlumat yayıb.

Легендарный диктор программы «Время» Евгений Суслов
SSRİ Mərkəzi televiziyasının diktoru və aparıcısı Yevgeniy Suslov

Onun sözlərinə görə, son illər Yevgeniy Suslovun səhhətində ciddi problemlər olub. 81 yaşında dünyasını dəyişən aparıcının ölümünün dəqiq səbəbləri bəlli deyil.

Легендарный диктор программы «Время» Евгений Суслов
SSRİ Mərkəzi televiziyasının diktoru və aparıcısı Yevgeniy Suslov

Yevgeniy Suslov 1937-ci il oktyabrın 10-da doğulub. Uzun illər ərzində sovet televiziyasında diktor və aparıcı kimi çalışıb. Yevgeniy Suslov "Vremya" xəbərlər proqramı, "Qoluboy oqonyok" kimi məşhur verilişin aparıcısı olub, Qırmızı Meydanda hərbi paradı şərh edib. Suslov televiziyada 30 ildən çox işləyib. Televiziyada əməyinə görə 1984-cü ildə ona RSFSR-ın əməkdar artisti adı verilib.

Əsas mövzular