İranda terror hücumu – Ölən və yaralananlar var

© AFP 2023 / STRİranın cənubunda terror hadisəsi
İranın cənubunda terror hadisəsi - Sputnik Azərbaycan
Abunə olmaq
Terrorçuların bazaya hücumu nəticəsində "Sepah"ın bir nümayəndəsi ölüb, 5 nəfər yaralanıb

BAKI, 2 fevral — Sputnik. Bu gün səhər saatlarında İranın cənub-şərqində, Sistan və Bəluçistan vilayətinin Nikşəhr rayonunda Bəsic Qüvvələrinin bazasına terror hücumu olub.

Politoloq İlqar Vəlizadə - Sputnik Azərbaycan
İran nə üçün Suriyaya yardım edir - Politoloq şərh edir

Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə "Mehr" informasiya agentliyinə İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (Sepah) Qüds qərargahının İctimai əlaqələr şöbəsindən xəbər verilib.

Məlumata əsasən, terrorçuların bazaya hücumu nəticəsində "Sepah"ın bir nümayəndəsi ölüb, 5 nəfər yaralanıb.

"Ceyş-ül-Zülm" terror qruplaşması bazaya hücuma görə məsuliyyəti öz üzərinə götürüb.

Aktı törədən şəxslərin saxlanılması üçün əməliyyat tədbirləri davam etdirilir.

Xəbər lenti
0