00:36 21 Fevral 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0258
  • EUR1.9284
Bill Qeyts

Dünyanın ən zəngin xeyriyyəçilərinin adları açıqlandı

© REUTERS / ARND WIEGMANN
DÜNYA
Qısa URL
156 0 0

"Facebook"un qurucusu Mark Zukerberq siyahıda 7-ci olub

BAKI, 2 fevral — Sputnik. "Business Insider" texnologiya dünyasının ən xeyriyyəçi milyaderlərinin adlarını açıqlayıb. Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə, dünyanın ən xeyriyyəçi milyarderi "Microsoft"un qurucusu Bill Geyts seçilib. O 90 milyard dollarlıq sərvətinin 45.6 faizini bağışlayıb. O ümumilikdə xeyriyyəçilik məqsədi ilə 41 milyard dollar xərcləyib.

"Dell" şirkətinin qurucusu Maykl Dell isə 2-ci yerdə qərarlaşıb. O 22.7 milyard dollarlıq sərvətinin 8.9 faizini bağışlayıb.

3-cü yerdə isə meksikalı biznesmen Karlos Slimin adı qeyd olunub. "America Movil", "Telefonos de Mexico", "Altria Group" kimi şirkətlərin rəhbəri olan biznesmen 67.1 milyard dollarlıq sərvətinin 6 faizini xeyriyyəçilik məqsədi üçün ayırıb.

"Facebook"un qurucusu Mark Zukerberq isə siyahıda 7-ci olub. Belə ki, Zukerberq 71 milyardlıq sərvətinin 2.4 faizini bağışlayıb.

"Amazon"un qurucusu Ceff Bezos isə bu siyahıda 9-cu olub. O 112 milyard dollarlıq sərvətinin 1.9 faizini xeyriyyəçilik məqsədi üçün ayırıb.

Əsas mövzular