Türkiyədə saxlanılan azərbaycanlı İŞİD üzvü azadlıqdan məhrum edildi

© AP Photo / Emrah GurelTürk polisi, arxiv şəkli
Türk polisi, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycan əsilli Rusiya vətəndaşı Kocaelidə keçirilən əməliyyat zamanı saxlanılıb

BAKI, 1 fevral — Sputnik. Türkiyədə İŞİD terror təşkilatına qarşı əməliyyatlar davam edir. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, yanvar ayında polis, jandarma birliklərinin həyata keçirdiyi əməliyyatlar zamanı 87 nəfər saxlanılıb.

Şübhəlilərin yaşadıqları ünvanlarda aparılan araşdırmalar zamanı təşkilati sənədlər və rəqəmsal vasitələr ələ keçirilib.

Onlardan 36 nəfəri həbs edilib, bəziləri ölkədən çıxarılıb.

Tutulanlar arasında azərbaycanlı da var. Belə ki, Kocaelində əməliyyat zamanı saxlanılan Azərbaycan əsilli Rusiya vətəndaşı İŞİD terror təşkilatının üzvü olması səbəbilə 6 il 3 ay azadlıqdan məhrum edilib.

Xəbər lenti
0