SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Venesuelanın taleyini həll edəcək gizli görüş keçirilib

© REUTERS / JOSHUA ROBERTSАктивисты протестуют против вмешательства администрации Трампа в политику Венесуэлы перед Белым домом в Вашингтоне, США, 26 января 2019
Активисты протестуют против вмешательства администрации Трампа в политику Венесуэлы перед Белым домом в Вашингтоне, США, 26 января 2019 - Sputnik Azərbaycan
Abunə olmaq
Danışıqların detalları açıqlanmayıb

BAKI, 31 yanvar — Sputnik. Venesuela müxalifətinin lideri Xuan Quaydo hərbçilər və xüsusi xidmət orqanlarının əməkdaşları ilə gizli görüşlər barədə danışıb. Sputnik Azərbaycan xəbər verir ki, bunu o, "The New York Times"a yazdığı "Venesuellalılar, güc birlikdədir" başlıqlı məqaləsində bildirib.

Məqaləsində o qeyd edib ki, ölkədə hakimiyyətin ötürülməsi prosesi "əsas hərbi kontingentin dəstəyi olmadan mümkün deyil".

"Biz hərbçilər və xüsusi xidmət orqanları ilə gizli görüşlər keçirdik", - deyə Quaydo qeyd edib.

O, danışıqların detallarını açıqlamayıb.

Xatırladaq ki, yanvarın 23-də Venesuelada müxalifət lideri, parlamentin sədri Xuan Quaydo özünü müvəqqəti prezident elan edib. Amerika qitəsindəki 34 ölkə onun prezidentliyini tanıyıb. Rusiya, Meksika, Boliviya, Türkiyə isə Maduronu dəstəklədiklərini bildirib. 

Xəbər lenti
0