15:17 18 Fevral 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0255
  • EUR1.9187
1937 Bugatti Type 57SC

Milyon dollar dəyərində olan nadir avtomobillər satılır - FOTOLAR

CC BY-SA 3.0 / Sfoskett~commonswiki / 1937 Type 57SC Atlantic No. 57591 from the Ralph Lauren collection
DÜNYA
Qısa URL
39 0 0

O, maşınları qaraja yerləşdirib, girişini isə qum kisələri ilə bağlayıb. “Buqatti”lər 2018-ci ilə kimi qarajda qalıb.

BAKI, 30 yanvar — Sputnik. Bir neçə on illər ərzində belçikalı heykəltəraş Avqust Tomassenin qarajında toz basan üç nadir “Bugatti” avtomobili Artcurial’s Rétromobile 2019 auksionunda satılacaq.

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, ona bir neçə dəfə unikal maşınları satmağı təklif etsələr də, o, son vaxtlara kimi bu təklifləri rədd edirmiş.

Belçikalı uzun illər Fransa markasının vurğunu olub. O, bu maşınları ötən əsrin 50-60-cı illərində əldə edib. Avtomobillərin dizaynı və texnoloji göstəriciləri onun çox xoşuna gəlirmiş. Avqust Tomassen 1932-ci ilin Type 49 Berline və 1937-ci ilin Type 57 Cabriolet maşınlarından uzun illər istifadə edib. 1929-cu ilin Type 40 maşını üçün isə orijinal kuzov yaratmaq istəyirmiş.

  • 1932 Bugatti Type 49 Berline 2/4 portes Vanvooren
    1932 Bugatti Type 49 Berline 2/4 portes Vanvooren
  • 1932 Bugatti Type 49 Berline 2/4 portes Vanvooren
    1932 Bugatti Type 49 Berline 2/4 portes Vanvooren
  • 1932 Bugatti Type 49 Berline 2/4 portes Vanvooren
    1932 Bugatti Type 49 Berline 2/4 portes Vanvooren
  • 1937 Bugatti Type 57 Cabriolet par Graber
    1937 Bugatti Type 57 Cabriolet par Graber
  • 1937 Bugatti Type 57 Cabriolet par Graber
    1937 Bugatti Type 57 Cabriolet par Graber
  • 1929 Bugatti Type 40
    1929 Bugatti Type 40
  • 1929 Bugatti Type 40
    1929 Bugatti Type 40
1 / 7
1932 Bugatti Type 49 Berline 2/4 portes Vanvooren

Bir neçə il öncə Tomassenin ailəsi ciddi maddi sıxıntı yaşayıb. Amma pula ehtiyacı olsa da, avtomobilini satmayıb. O, maşınları qaraja yerləşdirib, girişini isə qum kisələri ilə bağlayıb. “Buqatti”lər 2018-ci ilə kimi qarajda qalıb. Bu yaxınlarda naməlum şəxsin icazəsiz qaraja girməsindən sonra Tomassen avtomobilləri satmaq qərarına gəlib.

Ekspertlər bildirirlər ki, bu maşınların ümumi dəyəri 1 milyon dollardan çox ola bilər.

Əsas mövzular