Təcrübəli hərbçilər ordudan kənarlaşdırılır – Erməni hərbi ekspert

© Sputnik / Aram NersesyanГород Ереван, здание театра оперы и балета и проспект Маштоца
Город Ереван, здание театра оперы и балета и проспект Маштоца - Sputnik Azərbaycan
Abunə olmaq
Onları müvafiq təcrübəsi və bilikləri olmayan şəxslərlə əvəz edirlər"

 

BAKI, 30 yanvar — Sputnik. Ermənistan parlamentinin müdafiə və təhlükəsizlik üzrə daimi komissiyasının yeni üzvləri, yeni rəhbərliyi çətin ki, bu sahədə olan vəziyyəti dəyişdirsin. Sputnik Azərbaycan "News.am"-a istinadən xəbər verir ki, bunu erməni hərbi ekspert Van Ambartsumyan bildirib.

Onun fikrincə, Ermənistanda qəribə şeylər baş verir: "Belə ki, Qarabağ müharibəsindən keçən və böyük praktiki təcrübəyə malik olan zabitlər tutduğu vəzifədən uzaqlaşdırılır və hətta hərbi xidmətdən kənarlaşdırılır. Onlar yüksək ixtisaslı kadrlardır və onları Müdafiə Nazirliyindən işdən çıxarırlar. Onların döyüş təcrübəsi qiymətsizdir. Onlar Ermənistan ordusunun formalaşdırılmasına qiymətsiz töhfə veriblər. İndi isə onları müvafiq təcrübəsi və müvafiq bilikləri olmayan şəxslərlə əvəz edirlər".

Xəbər lenti
0