03:35 23 İyul 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0270
  • EUR1.9069
Президент Украины Петр Порошенко

Poroşenko ikinci dəfə prezident olmaq istəyir

© Sputnik / Михаил Маркив
DÜNYA
Qısa URL
56 0 0

İndiyə qədər Ukrayna MSK prezidentliyə 22 nəfərin namizədliyini qeydə alıb

BAKI, 29 yanvar — Sputnik. Ukrayna prezidenti Pyotr Poroşenko bu gün bəyan edib ki, o ikinci dəfə ölkə prezidentliyinə namizəd olmaq niyyətindədir. Bu barədə Sputnik Azərbaycan Rusiya KİV-nə istinadən xəbər verir.

Poroşenko müstəqil namizəd kimi seçkilər qatılacaq.

"Ölkə, keçmiş və gələcək nəsillər qarşısında məsuliyyət hissi məni bir daha Ukrayna prezidenti postuna namizəd olmaq qərarını qəbul etməyə vadar etdi", - deyə Poroşenko qeyd edib.

Qeyd edək ki, Ukraynada prezident seçkiləri 31mart 2019-cu ildə keçiriləcək. İndiyə qədər Ukrayna MSK prezidentliyə 22 nəfərin namizədliyini qeydə alıb.

Əsas mövzular