Ərdoğan ölkəsindəki 4 milyon suriyalı ilə bağlı açıqlama verdi

© AFP 2023 / OMAR HAJ KADOURSuriyalı qaçqınlar Türkiyə sərhədində, arxiv şəkli
Suriyalı qaçqınlar Türkiyə sərhədində, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
"Yaradacağımız təhlükəsiz bölgə ilə ölkəsinə qayıdan suriyalıların sayının milyonları keçəcəyinə inanıram"

BAKI, 29 yanvar — Sputnik. "Türkiyədəki 4 milyon suriyalı qaçqının öz evlərinə dönə biləcəkləri etibarlı bölgələr yaratmağı düşünürük".

Sputnik Azərbaycan "Sözcü"yə istinadla xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib.

Türkiyə prezidenti deyib: "Diplomatik səylərimizi davam etdirməklə yanaşı, sonrakı mərhələ üçün hazırlıqlarımızı tamamlamışıq. Bu prosesdə məqsədimiz milli təhlükəsizliyimizi gücləndirməklə yanaşı, Suriyanın ərazi bütövlüyünü də qarantiya altına almaqdır. Yaradacağımız təhlükəsiz bölgə ilə ölkəsinə qayıdan suriyalıların sayının milyonları keçəcəyinə inanıram".

" BMT hesablamalarına görə, indiyədək 4 milyonu suriyalı olmaq üzrə bütün qaçqınlara 35 milyard dollar vəsait köçürmüşük. Açıq və qəti deyirəm – bu gün dünyamızda baş verən bir çox problemin kökündə maddi sıxıntılar deyil, mərhəmət çatışmazlığı var" – deyə Ərdoğan söyləyib.

Xəbər lenti
0