21:39 17 İyul 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0270
  • EUR1.9066
Venesuela prezidenti Nikolas Maduro

Kreml Maduronun mühafizəsi iddiasını təkzib etdi

© Sputnik / Stringer
DÜNYA
Qısa URL
79 0 0

Peskov, Venesuela müxalifətinin lideri Xuan Quaido ilə əlaqələr qurduqları barədə məlumatı təkzib edib

BAKI, 28 yanvar — Sputnik. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov KİV-də Rusiya tərəfinin Venesuela prezidenti Nikolas Maduronu mühafizə ilə təmin etməsi ilə bağlı yayılan məlumatları təkzib edib. Bu barədə Sputnik Azərbaycan Rusiya KİV-nə istinadən xəbər verir.

Kreml rəsmisi bildirib ki, "Rossiya" xüsusi uçuş dəstəsinə məxsus təyyarənin Cənubi Amerikaya getməsinə dair məlumata malik deyil: "Biz aviasiyada dispetçer funksiyasını yerinə yetirmirik".

Peskov, həmçinin Kremlin özünün müvəqqəti prezident elan edən Venesuela müxalifətinin lideri Xuan Quaydo ilə əlaqələr qurmağına dair məlumatı təkzib edib.

Xatırladaq ki, noyabrın 23-də Venesuelada müxalifət lideri, parlamentin sədri Xuan Quaydo özünü müvəqqəti prezident elan edib. Amerika qitəsindəki 34 ölkə onun prezidentliyini tanıyıb. Rusiya, Meksika, Boliviya, Türkiyə isə Maduronu dəstəklədiklərini bildirib.

Əsas mövzular