İstanbul boğazında nəhəng gəmi yanır, yaralananlar var – FOTO

© AP PhotoYanan gəmi
Yanan gəmi - Sputnik Azərbaycan
Abunə olmaq
Hadisə zamanı ölənlərin olub-olmaması ilə bağlı hələ ki, bir məlumat verilmir.

BAKI, 28 yanvar — Sputnik. İstanbulun Tuzla ərazisində gəmidə yanğın baş verib. Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə, bu haqda İstanbul Valiliyi məlumat yayıb.

Yayılan yazılı məlumata görə, baş verən hadisədə 8 nəfər yaralanıb.

© sozcuTürkiyədə tərsanədə yanan gəmi
İstanbul boğazında nəhəng gəmi yanır, yaralananlar var – FOTO - Sputnik Azərbaycan
Türkiyədə tərsanədə yanan gəmi

"Tuzlada saxlanılan Honq-Konq bayraqlı gəmidə baş verən yanğında 8 yaralı var. Yanğın nəzarətdə saxlanılır, yaralılar isə ətraf xəstəxanalara yerləşdirilir" – deyə məlumatda qeyd olunub.

Hadisə zamanı ölənlərin olub-olmaması ilə bağlı, hələ ki, bir məlumat verilmir.

Xəbər lenti
0